Xəbər lenti

Azərbaycan və Ermənistan tərəfləri
Ölkə 10:39 12.12.2025

Azərbaycan və Ermənistan tərəfləri "Zod" mədəninin sərhəd hissəsinə baxış keçirdi

Azərbaycan və Ermənistan tərəfləri Geqarkunik vilayətindəki "Zod" ("Sotk") qızıl mədəninin sərhədyanı hissəsinə baxış keçiriblər.

"Report" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı Baş nazirin müavini Mqer Qriqoryanın dəftərxanasına istinadən məlumat yayıb.

"Ermənistan Respublikası və Azərbaycan Respublikasının nümayəndələri "Sotk" mədəninin sərhədyanı hissəsində birgə çöl tədqiqatları aparıblar", - dəftərxanadan bildiriblər.

Daha əvvəl Ermənistan mediası tərəflərin bu sahədə demarkasiya işləri apardıqları barədə xəbər verib. Qriqoryanın ofisi bu məlumatı təkzib edib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->