Xəbər lenti

Ekonomiks 16:46 25.07.2024

"Azərbaycan Sənaye Bankı"ndan 23 milyon manatdan çox vəsait geri çəkilib

Bu ilin birinci yarısında "Azərbaycan Sənaye Bankı"nın cəmi öhdəlikləri 601 milyon 67 min manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 5,2 % və ya 33,9 milyon manat azdır. 

Valyuta.az bankın maliyyə heabatına istinadən xəbər verir ki, hesabat dövründə bankda fiziki və hüquqi şəxslərin depozit portfeli kəskin azalıb. 

Belə ki, cari ilin iyulun 1-nə bankda fiziki şəxslərin depozitləri 10,7 milyon manat azalaraq 299,4 milyon manat, hüquqi şəxslərin (şirkətlərin) depozitləri isə 12,5 milyon manat azalaraq 136 milyon manat təşkil edib. Bankın ümumi depozit portfeli cari ilin ilk 6 ayında 5 % və ya 23,2 milyon manat azalaraq 435,4 milyon manat olub.

2024-cü il iyulun 1-nə "Azərbaycan Sənaye Bankı"nın cəmi kapitalı ilin əvvəlinə nisbətən 2,6 % və ya 2,9 milyon manat artaraq 117 milyon 271 min manat təşkil edib.

Xatırladaq ki, ASB 1996-cı ildə "Capital Investment Bank" adı ilə fəaliyyətə başlayıb, 2006-cı ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 60 mln. manatdır.

Bu məbləğ hər birinin nominal qiyməti 1 manat olan 60 mln. səhm əsasında formalaşıb. Bankın səhmlərinin 94,2517 %-i "Anadolu Investment Company" MMC-yə, 5,1735 %-i "Azərbaycan Sənaye Sığorta" ASC-yə, 0,5748 %-i isə "Azərbaycan Sənaye Lizinq" MMC-yə məxsusdur.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->