Xəbər lenti

Azərbaycan çempionatında mövsümün rekordu
İdman 11:47 15.05.2024

Azərbaycan çempionatında mövsümün rekordu

Azərbaycan çempionatında mövsümün rekordu qeydə alınıb.

Qaynarinfo PFL-in saytına istinadən xəbər verir ki, "Füzuli”nin futbolçusu Elvin Nəsibov bir oyunda 7 qol vurub.

O, 2-ci liqanın 25-ci turunda fərqlənib. Hücumçunun qolları "Kürmük Qax”la ev matçında komandasına 7:2 hesablı qələbə qazandırıb. Bu, mövsümün rekordu olsa da, ölkə çempionatları tarixində ilk belə hal deyil. Digər turnirləri nəzərə almasaq, təkcə Premyer Liqada iki futbolçu 7 qol vurmağı bacarıb. Hər iki oyunçu buna "Kəpəz” forması ilə nail olub.

Fazil Pərvərov 1993/94 mövsümündə "Avtomobilçi” ilə görüşdə (8:0) yeddi dəfə fərqlənib. Üç il sonra - 1996/97 mövsümündə Rövşən Əhmədov "Şəmkir” üzərində 14:2 hesablı qələbədə qolların yarısını vurub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->