"Qarabağ" çox yaxşı komandadır".
Qaynarinfo "Report"a istinadən xəbər verir ki, bunu Niderlandın "Ayaks" komandasında baş məşqçi səlahiyyətlərini icra edən Fred Qrim Bakıdakı mətbuat konfransında deyib.
60 yaşlı mütəxəssis "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun oyunu ilə bağlı danışıb:
"Klubdakı insanlar bizə dəstək olur. Bu da bizə ümid verir. Səyahətimiz yaxşı keçib. Azarkeşlərimiz buraya gəldiyi üçün xoşbəxtik. "Qarabağ" çox yaxşı komandadır. Onların oyunlarını izləmişəm. Oyunçuları texniki cəhətdən yaxşıdır. Sabahkı matç bizim üçün vacibdir".
O, futbolçularına inandıqlarını vurğulayıb: "Bu qarşılaşmanı səbirsizliklə gözləyirik. Bu matçda da futbolçulara hazırkı durumlarına əsasən şans verəcəyik. İnkişaf etməyə çalışırıq".
"Ayaks"ın qapıçısı Vitezslav Yaroş isə "Qarabağ"a qarşı yaxşı oyun sərgiləməyə çalışacaqlarını bildirib:
"Ayaks" komandası son matçlarda inkişaf edib. Bu klubda olduğum üçün xoşbəxtəm. Hər şey mənim üçün yaxşı keçir. Komandamız son matçdlarda inkişaf edib. Son iki oyuna əsasən bunu deyə bilərəm. "Qarabağ"a qarşı yaxşı oyun sərgiləməyə çalışacağıq".
Qeyd edək ki, "Qarabağ" - "Ayaks" matçı dekabrın 10-da, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.
Şərhlər