Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) qurultay keçirmək üçün müraciətinə cavab verib.
Bu barədə Qaynarinfo-ya partiyanın Ali Məclisinin sədri Nurəddin Məmmədli bildirib. Onun sözlərinə görə, qurultayın keçirilməsi üçün partiyaya Maştağa Mədəniyyət Evi təklif olunub:
"Həmin zalın tutumu cəmi 200 nəfərdir. Ali Məclisin müvafiq qərarına uyğun olaraq, artıq 400 nəfərə yaxın qurultayda iştirak edəcək şəxslər seçilib. Təklif etdilər ki, şəxsi mülkiyyətçilərə müraciət edək. Yeganə yolumuz hüquqi vasitələrlə mübarizə aparmaqdır”.
Nurəddin Məmmədli bildirib ki, məsələ ilə bağlı məhkəməyə müraciət ediləcək:
"Qurultay nümayəndələri bizə təklif olunan zala sığmır. Odur ki, haqqımızı məhkəmə yolu ilə bərpa edəcəyik".
Bahar Rüstəmli
Şərhlər