Xəbər lenti

Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? (VİDEO)
Video 14:44 15.03.2026

Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? (VİDEO)

Avtomobildə yüksək səs ilə musiqi dinləyənlər... Son zamanlar bu kimi hallar ilə tez tez qarşılaşırıq... Bəzi şəxslər gecə gündüz demədən yaşayış yerlərində belə maşındakı mahnının səsini həddindən artıq qaldırır... Elə paytaxt ərazisində sorğu aparmaq istədiyimizdə belə mahnının yüksək səsi buna mane olurdu...

Sakinlər deyir ki, tıxac olan vaxtlarda belə musiqinin səsini qaldıranlar var.

Ekspertlər bildirir ki bununla bağlı müəyyən cərimələr mövcuddur. Lakin, qanunvericliyə yenidən baxılmalıdır. Çünki o səslər əsasən əlavə qoyulan səsgüclədiricilərdə olur.

Elməddin Muradlı deyir ki əlavə kalonkalar quraşdıran şəxslər cərimələnməlidir.

Məsələ ilə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən qeyd edildi ki, asayişi pozan şəxslər ilə bağlı tədbirlər görülür.//Xəzər TV
 
--> -->