Avropa liderləri Ukrayna prezidenti Volodimir Zelenskinin Davosdakı kəskin nitqindən dərslər çıxarmalıdırlar.
Qaynarinfo xəbər verir ki, bu barədə Britaniya kəşfiyyat xidməti MI6-nın 2025-ci ilin sentyabrına qədər quruma rəhbərlik etmiş sabiq rəhbəri Riçard Mur bəyan
edib.
"Güclü çıxışdır. Bizim bir avropalı kimi Volodimir Zelenskinin bizə ünvanladığı açıq və narahatlıq doğuran mesajları qəbul etməyimiz vacibdir", – deyə o şərh verib.
Zelenski iqtisadi forumdakı çıxışında Avropanı Kremlə qarşı mübarizədə ləngidiyi üçün tənqid edib.
Prezident həmçinin Avropada vahid silahlı qüvvələrin yaradılmasının zəruriliyini növbəti dəfə vurğulayıb.
Bundan əlavə, Ukrayna prezidenti Qrenlandiya ətrafındakı böhran zamanı Avropanın hərəkətlərini də tənqid atəşinə tutub.
"Əgər siz Qrenlandiyaya 30 və ya 40 əsgər göndərirsinizsə, bu nə üçündür? Bu hansı mesajı verir? Bu, Putinə, Çinə hansı siqnaldır? Və ən əsası, müttəfiqiniz olan Danimarkaya hansı siqnaldır? Siz ya Avropa bazalarının bölgəni Rusiya və Çindən qoruyacağını deməlisiniz, ya da ciddi qəbul edilməmək riski ilə üzləşməlisiniz. Çünki 30 və ya 40 əsgər heç nəyi qorumayacaq", – deyə Zelenski fikrini bildirib.
Çıxışının sonunda o bəyan edib ki, Avropa güclü olmalıdır və Ukrayna sülhə zəmanət vermək və dağıntıların qarşısını almaq üçün bu işdə kömək etməyə hazırdır.
Alpər
Şərhlər