ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Seçkiləri Müşahidə missiyasının siyasət üzrə analitiki Noemi Arçidiakono Demokratik İslahatlar Partiyasının qonağı olub.
O, 22 saylı Nəsimi-Yasamal seçki dairəsindən deputatlığa namizəd Asim Mollazadə ilə görüşüb.
Görüşdə sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilər müzakirə edilib.
Asim Mollazadə partiyanın seçkilərə hazırlıq vəziyyəti, seçkiqabağı təbliğat və təşviqat kampaniyası ilə bağlı məlumat verib. Seçki prosesi ilə bağlı qonağı maraqlandıran sualları cavablandırıb.
Şərhlər