Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "Araz” supermarketlər şəbəkəsi Zəfər Gününün 5-ci ildönümü münasibətilə "Zəfər üçün yarış” şüarı altında silsilə tədbirlərə başlayıb.
Bu təşəbbüsün əsas məqsədi 44 günlük Vətən Müharibəsindəki şanlı qələbəmizi yad etmək, 8 Noyabr - Zəfər Gününün əhəmiyyətini birgə qeyd etmək, cəmiyyətdə vətənpərvərlik hissinin təbliği, həmçinin əməkdaşların bilik və yaradıcılıq bacarıqlarını inkişaf etdirmək, komanda ruhunu gücləndirməkdir.
Tədbirlər çərçivəsində "Araz” əməkdaşları arasında bir sıra intellektual və yaradıcı müsabiqələr keçiriləcək. Bunlara "Brain Ring”, Şahmat turniri, eləcə də "Xəmsə” bilik yarışı daxildir. Suallar Azərbaycanın müasir hərb tarixini, qəhrəmanlarını, Azərbaycanın İkinci Qarabağ müharibəsində zəfərinin əsas mərhələlərini və milli rəmzlərimizi əhatə edəcək.
Qeyd edək ki, "Araz” supermarketlər şəbəkəsi 13 000-dən çox şəxsi işlə təmin edir. Əməkdaşların inkişafı, onların bilik və bacarıqlarının artırılması və komanda daxilində korporativ dəyərlərin gücləndirilməsi şirkət üçün əsas prioritetlərdən biridir.
Şərhlər