Xəbər lenti

Anar Ələkbərov Ömər Eldarovu evində ziyarət etdi (FOTO)
Foto 16:11 21.12.2025

Anar Ələkbərov Ömər Eldarovu evində ziyarət etdi (FOTO)

Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Xalq rəssamı, heykəltaraş, "Şərəf", "İstiqlal", "Heydər Əliyev" ordenləri ilə təltif olunmuş Ömər Eldarovu evində ziyarət edib.

Qaynarinfo xəbər verir ki, Anar Ələkbərov bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

"98 - kimsə üçün sadəcə bir rəqəmdir. Ömər müəllim üçün isə bu, nurla, həyat təcrübəsi və Allahın xeyir-duası ilə dolu bir ömür yoludur.

Bu illəri Siz şərəf və ləyaqətlə yaşamısınız - təkcə daşda və bürüncdə deyil, insanların qəlbində də iz qoymusunuz.

Qoy canınız sağlam, ruhunuz gənc, təbəssümünüz isə həmişə belə işıqlı olsun.

Doğum gününüz mübarək, Sənətkar!", - paylaşımda deyilir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->