Xəbər lenti

Amerikalı senator bir neçə ştatı Kanadaya birləşdirməyi təklif etdi
Dünya 21:46 30.11.2024

Amerikalı senator bir neçə ştatı Kanadaya birləşdirməyi təklif etdi

Nyu York Ştat Senatının üzvü Liz Kruger ABŞ-ın şimal-şərqindəki ştatların, o cümlədən Nyu York, Konnektikut, Massaçusets və Vermont ştatlarının ABŞ-dan ayrılması və Kanadaya birləşdirilməsi imkanlarının nəzərdən keçirilməsini təklif edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Newsweek" portalı məlumat yayıb.

Onun sözlərinə görə, Amerikanın seçilmiş prezidenti Donald Tramp vəzifəyə gəldikdən sonra belə liberal ştatları miqrantlar üçün sığınacaq statusuna görə federal maliyyənin kəsilməsi ilə hədələyə bilər. Onun sözlərinə görə, bu cür hərəkətlər artıq Tramp administrasiyasında müzakirə olunur.

Kruger sentyabr ayında oxşar təşəbbüs təklif etmişdi. O, şimal-şərq ştatlarını Kanadanın cənub-şərq əyalətinə birləşdirməyi təklif edib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->