Xəbər lenti

AMADA Azərbaycanı Londonda keçirilən
Foto 14:57 03.12.2024

AMADA Azərbaycanı Londonda keçirilən "workshop"da təmsil etdi

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) Londondakı Lafboro Universitetində keçirilən data analitikası üzrə "workshop"da ölkəmizi təmsil edib.

AMADA-dan Qaynarinfo-ya verilən məlumata görə, Böyük Britaniya Antidopinq Agentliyi (UKAD) və "Sport Integrity Australia” tərəfindən "AxiaOrigin” ilə əməkdaşlıq çərçivəsində təşkil edilən "workshop" qlobal antidopinq icmasının əsas tərəfdaşlarını bir araya gətirib.

Tədbirdə 16 antidopinq təşkilatının (ADO), Ümumdünya Antidopinq Agentliyinin (WADA), Milli Antidopinq Təşkilatları İnstitutunun (iNADO) və Beynəlxalq Test Agentliyinin (ITA) nümayəndələri iştirak ediblər. AMADA-nın nümayəndə heyətində icraçı direktorun müavini Rüfət Efendiyev və Təhsil məsələləri üzrə aparıcı mütəxəssis Qüdrət Səfərov yer alıblar. İki gün davam edən intensiv müzakirələr zamanı data analitikası və süni intellektdən istifadə edərək qlobal antidopinq səylərinin təkmilləşdirilməsi imkanları araşdırılıb.

R.Efendiyev tədbirin əməkdaşlıq sessiyalarında mühüm rol oynayaraq, süni intellektin idarəetmə çərçivələri, birgə tətbiq halları və strateji məlumat əsaslı həllər mövzularında müzakirələrə töhfə verib. Onun fəal iştirakı AMADA-nın beynəlxalq tərəfdaşlığı möhkəmləndirmək və antidopinq sahəsində innovativ yanaşmaları dəstəkləmək öhdəliyini bir daha nümayiş etdirib.

Q.Səfərov isə "ADO-lar üçün süni intellekt” mövzusunda panel müzakirəsində çıxış edərək AMADA-nın süni intellektin antidopinq səylərinə inteqrasiyası və qlobal əməkdaşlığın gücləndirilməsi istiqamətində təşəbbüslərini vurğulayıb. O, təqdimatında təmiz idman məqsədlərinə nail olmaq üçün süni intellektin praktiki tətbiqi üzrə dəyərli məlumatları diqqətə çatdırıb.

"Workshop" data etikası, süni intellekt üzrə əməkdaşlıq üçün maneələr və imkanlar, həmçinin antidopinq ehtiyaclarına uyğun idarəetmə çərçivələrinin hazırlanması mövzularını əhatə edib. İştirakçılar müzakirələrin dəqiq nəticələrə çevrilməsini təmin etmək məqsədilə interaktiv qrup fəaliyyətlərində fəal iştirak ediblər.

Tədbirdə WADA, iNADO, ITA və dünyanın müxtəlif ölkələrindən olan ADO-ların iştirakı dopinqə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın vacibliyini bir daha vurğulayıb. "AxiaOrigin”in data analitikası üzrə dəstəyi sayəsində workshop antidopinq icması üçün innovativ strategiya və həllərin hazırlanması istiqamətində mühüm platforma rolunu oynayıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->