Ali məktəblərə muxtariyyət verilməsi müzakirə edilir (VİDEO)
"Ali məktəblərə muxtariyyət verilməli, onların yeni ixtisasları daha rahat və çevik şəkildə açmasına şərait yaradılmalıdır”.
Xezerxeber.az-ın məlumatına görə, bu fikirləri Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə bildirib.
Millət vəkilinin sözlərinə görə, bir çox universitetlər publik hüquqi şəxs statusu alsa da, hələ azad qərar qəbul edə bilmirlər və bir çox məsələlərdə Elm və Təhsil Nazirliyindən asılıdırlar.
Təhsil ekspertlərinin fikrincə, muxtariyyət statusu alan universitet eyni zamanda rahat islahatlar aparıb, dünyaya inteqrasiya edə biləcək.
Qeyd edək ki, universitetlərə muxtariyyət verilməsi məsələsi ötən həftə Milli Məclisin Elm və təhsil komitəsinin iclasında da müzakirə olunub.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər