Xəbər lenti

Afrika İttifaqı kölə ticarətinə görə Avropaya qarşı iddia hazırlayır
Dünya 17:35 11.03.2026

Afrika İttifaqı kölə ticarətinə görə Avropaya qarşı iddia hazırlayır

Afrika İttifaqına üzv dövlətlər Transatlantik kölə ticarəti ilə bağlı bir sıra Avropa ölkələrinə qarşı BMT Beynəlxalq Məhkəməsində iddia qaldırmağı planlaşdırır.

Qaynarinfo bu barədə "The Daily Telegraph"a istinadən xəbər verir.

Afrika İttifaqı dövlətləri keçmiş kolonial ölkələrə qarşı beynəlxalq məhkəmə instansiyalarına müraciət etməyi düşünür. İddiada göstərilir ki, Avropa dövlətlərinin transatlantik kölə ticarəti və kolonial fəaliyyəti insanlıq əleyhinə cinayət hesab olunur.

Afrika ölkələri Böyük Britaniya, Fransa, İspaniya və Portuqaliyadan reparasiya tələb etməyi planlaşdırır. Onların fikrincə, XVII–XVIII əsrlərdə həyata keçirilən köləlik insanlıq əleyhinə cinayət kimi qiymətləndirilməli və bunun üçün kompensasiya ödənilməlidir.

Uqanda hakimi Martin Okumu Masiqa bildirib ki, tarixi cinayətlərə görə kompensasiya ödəmək üzrə presedentlər mövcuddur:

* Almaniya Holokost üçün reparasiya ödəyib.
* ABŞ II Dünya müharibəsi zamanı intern edilən yapon mənşəli amerikalılara kompensasiya verib.

Bu iddianın məqsədi həm tarixi ədaləti bərpa etmək, həm də keçmiş kolonial fəaliyyətdən yaranan məsuliyyəti tanıtmaqdır.

Aydın

--> -->