"Avro-Asiya İnşaat Korpoasiyası” "Evrascon” Açıq Səhmdar Cəmiyyəti barəsində inzibati protokol tərtib olunub.
Qaynarinfo xəbər verir ki, şirkət İnizbati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə ittiham olunur.
İş baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib. Rauf Daşdəmirov iş üzrə hakim təyin edilib.
485.2-ci maddədə vəzifəli şəxslərin 1000 manat, hüquqi şəxslərin isə 1500 manat məbləğində cərimə edilməsi nəzərdə tutulur. "Evrascon” ASC baş nazirin keçmiş müavini Abid Şərifovun şirkəti kimi tanınır.
Araşdırma materiallarında qeyd olunur ki, Abid Şərifovun həyat yoldaşı Sədayə Yaqub qızı "Evrascon” ASC-nin səhmlərinin 22 920 ədədinin (nizamnamə kapitalının 12,15 faizi) mülkiyyətçisidir.
Abid Şərifov 1995-2018-ci illərdə baş nazirin müavini vəzifəsində çalışıb.
Seyid
Şərhlər