Xəbər lenti

ABŞ səfiri Əlifba və Dil Günü münasibətilə Azərbaycanı təbrik etdi (VİDEO)
Video 17:23 01.08.2024

ABŞ səfiri Əlifba və Dil Günü münasibətilə Azərbaycanı təbrik etdi (VİDEO)

ABŞ səfiri Mark Libbi Azərbaycan Əlifbası və Dili Günü münasibətilə təbrik edib.

Qaynarinfo xəbər verir ki, bu barədə səfir X sosial şəbəkəsində müvafiq video yerləşdirilib.

Təbrik videosunda amerikalı diplomat Azərbaycan dilini bildiyini nümayiş etdirərək, bu dili öyrənməyə Bakıya səfir təyin olunmazdan bir il əvvəl başladığını qeyd edib və Azərbaycandan olan dil müəlliməsini təqdim edib.

Sonra Libbi bazarda meyvə və çərəzlərin adlarının öyrənməyə çalışıb.

Bundan əlavə, ABŞ diplomatik missiyasının rəhrəbi görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadənin Azərbaycan dilinə həsr etdiyi şeirini oxuyub. 

Qeyd edək ki, avqustun 1-i Azərbaycanda Azərbaycan Əlifbası və Dili Günü kimi qeyd olunur.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->