ABŞ Dövlət Departamenti hazırda Xarkov vilayətində irəliləməyə çalışan Rusiya işğalçı qüvvələrinin bu sahədə ciddi uğur qazana bilməyəcəyini proqnozlaşdırır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Avropa həqiqəti” ABŞ Dövlət Departamentinin vitse-spikeri Vedant Patelin brifinqdəki bəyanatına istinadən
yazır.
Onun sözlərinə görə, ABŞ gözləyir ki, ruslar yaxın həftələrdə Xarkov bölgəsində irəliləməyə çalışacaq və müəyyən, lakin əhəmiyyətli olmayan uğurlar əldə edə bilərlər.
"Lakin biz heç bir böyük irəliləyiş gözləmirik və zaman keçdikcə Amerika yardımının əlavə axını və tərəfdaşların davamlı dəstəyi Ukraynaya bu təcavüzə qarşı müqavimət göstərməyə davam etməyə imkan verəcək”, - Patel əlavə edib.
Birləşmiş Ştatlar əmindir ki, Ukrayna bu döyüşdə əsas üstünlüyü qoruyub saxlayır və onun ordusu Rusiya işğalçı ordusuna ciddi itkilər verir, - o vurğulayıb.
Bundan əvvəl ABŞ-ın dövlət katibi Antoni Blinken Ukraynanın Xarkov vilayətində cəbhə xəttini saxlamağa qadir olduğuna əminliyini ifadə edib.
Britaniyanın xarici işlər naziri Devid Kemeron Rusiyanın Xarkov bölgəsinə hücumunun "son dərəcə təhlükəli an” olduğunu hesab edir.
Alpər
Şərhlər