ABŞ Konqresi Türkiyəyə 40 yeni F-16 qırıcısının satışı və mövcud F-16 qırıcılarının modernləşdirilməsi ilə bağlı müqaviləni təsdiqləyib.
Qaynarinfo xəbər verir ki, bu barədə Amerikanın Ankaradakı səfirliyi özünün "X” səhifəsində məlumat yayıb.
Amerikanın Türkiyədəki səfiri Cefri Fleykin bəyanatında deyilir:
"Konqresin bu həftə Türkiyənin 40 yeni və 79 təkmilləşdirilmiş F-16 təyyarəsi almasına razılıq verməsi irəliyə doğru atılmış böyük addımdır. Türkiyənin F-16 donanması müttəfiqlər arasında gələcək qarşılıqlı fəaliyyətin təmin edilməsində NATO qüvvələri üçün çox vacibdir”.
Şərhlər