Xəbər lenti

F-16 təyyarələri 5-ci nəsil qırıcılardan daha baha başa gəlir
Dünya 22:36 16.09.2025

F-16 təyyarələri 5-ci nəsil qırıcılardan daha baha başa gəlir

ABŞ istehsalı olan F-16 Block 70 təyyarələrinin qiyməti 5-ci nəsil F-35 qırıcılarından yüksək olub. 

Qaynarinfo "Defence Express"ə istinadən xəbər verir ki, ABŞ müdafiə nazirliyinə bağlı Hərbi əməkdaşlıq agentliyi (DSCA) Peruya 12 ədəd F-16 satışı üçün icazə verib. Müqavilənin ümumi dəyəri 3,42 milyard dollar təşkil edir ki, bu da hər təyyarəyə görə təxminən 285 milyon dollar deməkdir.

Məlumata görə, müqaviləyə yalnız formal silah dəsti – 12 ədəd AIM-120C-8 və 12 ədəd AIM-9X raketi, eləcə də məhdud sayda ehtiyat hissələri (iki ehtiyat mühərrik, radar və bort kompüterləri) daxildir. Bu qiymət hətta F-16-ların Filippin üçün nəzərdə tutulmuş 279 milyon dollarlıq qiymətindən də yüksəkdir. Müqayisə üçün, ABŞ Yunanıstana 40 ədəd F-35-in satışını 8,6 milyard dollara təsdiqləyib ki, bu da hər təyyarə üçün 215 milyon dollara bərabərdir.

Analitiklər bildirirlər ki, bu şərtlər altında Peru daha sərfəli Avropa təyyarələrinə üstünlük verə bilər. İsveç istehsalı Gripen E/F-in qiyməti təxminən 138 milyon dollar, Fransa istehsalı Rafale isə son müqavilələrdə 225 milyon avro olaraq göstərilir. Gripen-in Braziliyada lokal istehsalı da Perunun qərarına təsir edə bilər. Bununla yanaşı, ABŞ-ın əlavə təsir imkanları qalır, çünki İsveç təyyarələrinin mühərrikləri "General Electric" şirkəti tərəfindən istehsal olunur və onların ixracı Vaşinqton tərəfindən ləngidilə bilər.

Mütəxəssislərin fikrincə, Rafale ABŞ-dan daha müstəqil variant hesab olunur, lakin yüksək tələbat səbəbindən bu təyyarələrin tədarükü üçün uzun növbə mövcuddur – hazırda gözləmə müddəti doqquz ilə çatır.

Qeyd edək ki, yeni nəsil təyyarələrin meydana çıxmasına baxmayaraq, təcrübəli pilotlar F-16-ya üstünlük verməyə davam edirlər. Onlar bu qırıcını sadəliyi, manevr qabiliyyəti və pilot yönümlü dizaynına görə dəyərləndirirlər.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->