Xəbər lenti

6 min şagird qripə yoluxdu: Tədris dayandı, ölkə həyəcan vəziyyətinə keçdi
Dünya 18:39 14.10.2025

6 min şagird qripə yoluxdu: Tədris dayandı, ölkə həyəcan vəziyyətinə keçdi

Malayziya Təhsil Nazirliyi bəyan edib ki, təxminən 6 min şagirdin qrip virusuna yoluxması səbəbindən bəzi məktəblərdə dərslər müvəqqəti dayandırılıb. 

Qaynarinfo xəbər verir ki, nazirlik bu qərarın şagirdlərin təhlükəsizliyini təmin etmək məqsədilə qəbul olunduğunu açıqlayıb.

Malayziyada qrip infeksiyasının geniş yayılması hökuməti hərəkətə keçirib. Təhsil Baş direktoru Mohd Azam Əhməd bildirib ki, ölkə üzrə çoxsaylı məktəblərdə yoluxma halları qeydə alınıb və vəziyyət ciddi nəzarət altındadır.

Əhməd qeyd edib ki, Malayziya hökumətinin COVID-19 pandemiyası dövründən qazanılmış təcrübəsi bu vəziyyətdə mühüm rol oynayır: "Bütün təhsil müəssisələrinə gigiyena qaydalarına riayət etmələri barədə xatırlatma etdik, maskalardan istifadəni və çoxsaylı toplanışlardan çəkinməyi tövsiyə etdik".

Rəsmilər tədrisə ara verilən məktəblərin sayını açıqlamasa da, yoluxmaların ölkə miqyasında geniş yayıldığını vurğulayıblar.

Qrip dalğasının artması, 3 noyabrda keçirilməsi planlaşdırılan Malayziya Orta Təhsil Sertifikatı (SPM) imtahanları öncəsi baş verib. Rəsmilər bu vəziyyətin şagirdlərin imtahanlara iştirakı və hazırlıq prosesində müəyyən gecikmələrə səbəb ola biləcəyini ehtimal edirlər.

Malayziya Səhiyyə Nazirliyi ötən həftə əsasən məktəblər və uşaq bağçalarında 97 qrip hadisəsinin qeydə alındığını açıqlamışdı. Bir əvvəlki həftə isə bu göstərici cəmi 14 idi. Qısa müddətdə baş verən kəskin artım hökumətin fövqəladə tədbirlər görməsinə səbəb olub.

Samir

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->