Prezident Vladimir Zelenski Varşavada Polşa prezidenti Karol Navrotski, Sejm və Senat spikerləri, eləcə də Polşa baş naziri ilə görüşlər keçirəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə jurnalistlərə Prezidentin mətbuat katibi Sergey Nikiforov
bildirib.
Zelenski və Navrotski arasında görüşdən sonra liderlər birgə mətbuat konfransı keçirəcəklər.
Daha sonra Ukrayna prezidenti Naməlum əsgərin məzarı önünə çələng qoyma mərasimində iştirak edəcək.
Günün ikinci yarısında Zelenski Sejm marşalı Vlodzimjeç Çaçastı və Senat marşalı Malqojata Kidaya-Blonska ilə ayrıca görüşlər keçirəcək.
Bundan sonra Ukrayna prezidentinin Polşa baş naziri Donald Tusk ilə görüşü planlaşdırılıb.
Ukrayna prezidenti Vladimir Zelenski rəsmi səfərlə cümə axşamı gecəsi Polşaya gəlib.
Əvvəllər Varşavada təsdiqləmişdilər ki, Polşa tərəfi prezidentlər arasında görüşü 19 dekabr üçün təklif edib.
Polşa baş naziri Donald Tusk isə bildirib ki, Avropa İttifaqı liderlərinin sammitində ləngiyə və cümə günü Varşavada Zelenski ilə görüşə gecikə bilər.
Alpər
Şərhlər