Zəfərin 5 ili: Bakıda hərbi parad keçirildi (YENİLƏNİB)
Noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilir.
Qaynarinfo xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif paradda iştirak edirlər.
Azərbaycanın, Türkiyənin və Pakistanın Dövlət himnləri səsləndirili
Ümummilli Lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə raport verdi.
Dövlətimizin başçısı paradda çıxış etdi.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış etdi.
Hazırda Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif çıxış etdi.
Bakıda keçirilən Hərbi paradda dövlət başçılarının çıxışı bitdi, hərbçilərin keçidi başladı. Parada müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi, "Zəfər” və "Qarabağ” ordenli general-polkovnik Kərim Vəliyev komandanlıq edir.
***
Bakının Azadlıq meydanında noyabrın 8-də Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi parad başa çatıb.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər