Xəbər lenti

Arxeoloqlar Armageddonun
Dünya 15:00 08.11.2025

Arxeoloqlar Armageddonun "baş verəcəyi" yeri qazdı - Nə tapdılar?

İsraildə arxeoloqlar Bibliyada qeyd olunan Armageddon - "dünyanın son döyüşü”nün baş verəcəyi ehtimal olunan qədim Megiddo dağında (Har-Megiddo) 3300 illik unikal tapıntılar aşkarlayıblar. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Mail" nəşri İsrail Qədim Əsərlər İdarəsinə istinadla məlumat yayıb.

Tel-Megiddo, ölkənin şimalındakı Yizreel vadisində yerləşir və minilliklər boyunca mühüm ticarət yollarını nəzarətdə saxlayan strateji qalalardan biri olub. Bibliyaya görə, məhz burada - Vəhy 16:16-da qeyd olunduğu kimi - xeyir və şərin son, apokaliptik qarşıdurması, yəni Armageddon döyüşü baş tutacaq.

3 min illik məbəd və 5 min illik şərab presi

Arxeoloqlar təpənin şərq hissəsində apardıqları qazıntılar zamanı miniatür bir məbəd, qoç formasında rituallara aid zoomorf qab və İsraildə indiyədək tapılmış ən qədim şərab presslərindən birini üzə çıxarıblar. Tədqiqatın rəhbərləri, doktor Amir Qolani və Barank Tzin, bu tapıntını bölgədə erkən şəhər sivilizasiyalarında şərab istehsalının ilkin sübutu kimi qiymətləndiriblər.

Həmçinin məbədin yaxınlığında dəfn zonası, açıq ibadət qurbangahı və yaşayış evlərinin qalıqları aşkar olunub ki, bu da qədim icmanın qala divarları kənarına doğru genişlənməsini göstərir.

Tarixin qat-qat açılması

İsrail Qədim Əsərlər Muzeyinin rəhbəri Eli Eskusido kəşfi "milli sərvət” adlandıraraq bildirib: "Megiddonun hər yeni qazıntısı minilliklər boyunca bu vadidə insanların gündəlik həyatı, inancları və şəhər inkişafı barədə yeni qatları açır".

Armageddonun simvolik və tarixi tərəfi

Alimlər qeyd edirlər ki, bu tapıntılar Bibliyada təsvir olunan son döyüşün birbaşa sübutu deyil. Bununla belə, Megiddoda aşkarlanan artefaktlar qədim dövrdə buranın həm müharibələrin, həm də dini ritualların mərkəzi olduğunu göstərir — elə bu da onu müqəddəs mətnlərdə "dünyanın son döyüşü”nün simvoluna çevirmişdi.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->