Xəbər lenti

Yeltsin Yuqoslaviyanın bombalanması zamanı Klintona nə deyib?
Dünya 19:19 10.07.2024

Yeltsin Yuqoslaviyanın bombalanması zamanı Klintona nə deyib?

Rusiyanın keçmiş prezidenti Boris Yeltsin Ağ Evin keçmiş rəhbəri Bill Klintonla telefon danışığında Yuqoslaviyanı bombalamağa başlamasını ABŞ və NATO-nun böyük səhvi adlandırıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Arxivi tərəfindən dərc edilmiş 19 aprel 1999-cu il tarixli danışıqların məxfilikdən azad edilmiş stenoqramında deyilir.

"Bir daha deyirəm ki, son həftələrdə baş verən hadisələr ABŞ və NATO-nun böyük səhvə yol verdiyini təsdiqləyir. Siz vəziyyətin nəticələrini səhv hesabladınız", deyə Yeltsin bildirib.

Onun sözlərinə görə, keçmiş Yuqoslaviya prezidenti Slobodan Miloşeviç "heç vaxt təslim olmayacaq. Yeltsinin fikrincə, humanitar problemi həll etmək əvəzinə yalnız humanitar fəlakət və ABŞ-Rusiya münasibətlərinə ciddi ziyan vurulub.

Yeltsin həmçinin Klintona bildirib ki, Rusiyada "anti-NATO və anti-Amerika əhval-ruhiyyəsi uçqun kimi artır". O deyib ki, Rusiya rəhbərliyi Yuqoslaviyaya kömək məqsədilə tədbirlər görmək üçün böyük təzyiq altındadır.

Aydın


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->