Xəbər lenti

Rusiya 43 ölkənin vətəndaşına müqavilə ilə orduda xidməti qadağan etdi
Dünya 17:07 26.02.2026

Rusiya 43 ölkənin vətəndaşına müqavilə ilə orduda xidməti qadağan etdi

Rusiya, Afrika ölkələrinin vətəndaşlarının aldadılaraq Ukraynaya qarşı müharibəyə cəlb edilməsindən sonra bir sıra ölkələrdən əcnəbilərin hərbi müqavilələrlə işə götürülməsini qadağan edib.

Qaynarinfo "The Telegraph"a istinadən xəbər verir ki, Moskva hərbi işə götürənlər üçün "stop-siyahı” hazırlayaraq 43 ölkənin vətəndaşlarının xidmətə qəbulunu dayandırıb. Siyahıya Çin, Hindistan, Braziliya, Türkiyə, Kuba, İran, Venesuela və bir çox Afrika ölkələri daxildir.

Məlumata görə, Rusiya Asiya, Afrika və Yaxın Şərqdən minlərlə kişini şəxsi heyət itkilərini kompensasiya etmək üçün işə cəlb edib. Lakin hərbiyə müqavilə ilə cəlb edilən əcnəbilər çox vaxt aldatıldığını və təhlükəli cəbhə xəttinə göndərildiyini bildiriblər.

Yayımlanan videolarda bəzi afrikalı hərbçilərə qarşı qəddar davranışlar əks olunub. Bir videoda yeni gəlmiş afrikalı hərbçilərin qarla örtülü meşədə doğma dillərində mahnılar oxuduqları, digər videoda isə hərbçilərin bir əcnəbi hərbçinin sinəsinə mina bağlayaraq onu Ukrayna mövqelərinə göndərdikləri göstərilib.

Afrika ölkələri bu hərbi işə götürməni tənqid edərək, vətəndaşlarının geri repatriasiyasını tələb edib. Keniya hesab edir ki, ölkədən təxminən 1000 vətəndaşı işə cəlb olunub. Nepal, Hindistan və Şri-Lanka da vətəndaşlarının işə cəlb edilməsinin dayandırılmasını Moskva ilə müzakirə edib.

Böyük Britaniya kəşfiyyatı məlumat verir ki, Rusiya ordusu 2025-ci ildə Ukraynada təxminən 415 min hərbçisini itirib və ya yaralanıb. 2024-cü ildə isə illik itkilər 430 min nəfər təşkil edib. Tammiqyaslı hücumdan bu yana isə Rusiya ordusunun ümumi itkiləri təxminən 1 milyon 213 min nəfərdir.
 
Günay
--> -->