Xəbər lenti

Qırışlara qarşı təbii üsul: banan qabığı
Sağlamlıq 22:00 26.02.2026

Qırışlara qarşı təbii üsul: banan qabığı "botoks effekti" verə bilər

Gənc və sağlam dəriyə sahib olmaq bir çox insanın arzusudur. Qırış və incə xətləri azaltmaq üçün bəzi şəxslər botoks proseduruna müraciət etsə də, digərləri daha çox təbii üsullara üstünlük verir.
 
Qaynarinfo xəbər verir ki, mütəxəssislər bildirirlər ki, bəzi təbii vasitələr dərinin nəmlənməsinə və elastikliyinin qorunmasına kömək edərək qırışların görünüşünü azaltmağa dəstək ola bilər.

Yaş artdıqca dəridə yaranan qırışlar ən çox rast gəlinən estetik problemlərdən biri hesab olunur. Bu səbəbdən son dövrlərdə botoks effekti verdiyi iddia edilən təbii üsullar daha çox diqqət çəkir. Onlardan biri də banan qabığının dəriyə tətbiqidir.

Banan qabığı dərinin bərpasına kömək edə bilər

Mütəxəssislərin sözlərinə görə, banan qabığı A, B, C və E vitaminləri ilə yanaşı, kalium, sink və amin turşuları ilə zəngindir. Bu maddələr dərinin qidalanmasına, nəmlənməsinə və daha dolğun görünməsinə kömək edir.

Banan qabığını dəriyə sürtdükdə güclü nəmləndirici təsir göstərir, antioksidant dəstəyi verir və yüngül pilinq effekti yaradır. Tərkibindəki kalium quru dərini yumşaldaraq onun daha elastik görünməsinə səbəb olur. Lutein və digər antioksidant maddələr isə sərbəst radikallara qarşı mübarizə apararaq dərinin qorunmasına kömək edir.

Mütəxəssislər ehtiyatlı olmağı tövsiyə edir

Dermotoloq Cordan Karquvelle xəbərdarlıq edir ki, banan qabığı dərinin üzərində uzun müddət saxlanılmamalıdır. Onun sözlərinə görə, qabığın uzun müddət dəri ilə təması məsamələrin tutulmasına və dəri problemlərinə səbəb ola bilər.

Mütəxəssislər qeyd edirlər ki, təbii üsullar dərinin ümumi vəziyyətini yaxşılaşdıra bilər, lakin onların təsiri tibbi kosmetoloji prosedurlarla eyni səviyyədə olmaya bilər. Buna görə də hər hansı üsuldan istifadə etməzdən əvvəl dərinin xüsusiyyətlərini nəzərə almaq və zəruri hallarda dermatoloq məsləhəti almaq tövsiyə olunur.
 
Günay
--> -->