Çexiya prezidenti Petr Pavel bildirib ki, Ukraynada vəziyyət 2023-cü ildən daha yaxşı görünür. Onun sözlərinə görə, Rusiya ilə potensial sülh danışıqları fonunda ölkədə vəziyyət sabitləşib. Bununla belə, o, müharibənin tez bitməsindən danışmamağı təklif edir.
Qaynarinfo xəbər verir ki, prezident bu barədə "Birləşmiş Xəbərlər" telemarafonuna müsahibəsində danışıb.
"Amma, əlbəttə ki, bu, sadəcə mənim hisslərimdir. Başa düşürəm ki, iki il əvvəl olduğu kimi indi də çətindir, çünki döyüş meydanında vəziyyət kökündən dəyişməyib. Cəbhə xətti əvvəlki kimi, çox, çox uzundur. Hər gün döyüş meydanında hərbçilər itkilər verir".
Pavel vurğulayıb ki, bu vəziyyətdə təkcə Ukrayna deyil, həm də Avropa üçün müharibəni nəhayət başa çatdırmaq naminə bütün səyləri göstərmək kritik dərəcədə vacibdir.
Aydın
Şərhlər