Xəbər lenti

Trampın 100%-lik rüsum qərarı kriptobazarını sarsıtdı
Dünya 10:12 11.10.2025

Trampın 100%-lik rüsum qərarı kriptobazarını sarsıtdı

Trampın 100%-lik rüsum qərarı kriptobazarını sarsıdıb, "Coinbase”, "Bullish” və "MARA” aksiyaları kəskin ucuzlaşdı

Valyuta.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın Çindən idxal olunan məhsullara 100%-lik əlavə gömrük rüsumu tətbiq edəcəyini açıqlaması qlobal maliyyə bazarlarında güclü dalğalanma yaradıb. Trampın bu addımı Çinin nadir torpaq elementlərinin ixracına məhdudiyyətlər qoymasına cavab olaraq atdığı bildirilir.

Qərarın açıqlanmasından dərhal sonra S&P 500 indeksi 2,7% geriləyib, qlobal bazarlarda isə satış təzyiqi artıb. Bu eniş kriptoyla əlaqəli şirkətlərin səhmlərində də ciddi itkilərlə nəticələnib.

Kriptosəhmlərdə iki rəqəmli itkilər

Nyu-York birjasında ticarət sessiyasının sonunda "Coinbase” səhmləri 7,75% azalaraq 357,01 dollar olub. Kriptomaliyyə şirkəti "Bullish” (BLSH) 9,42% itki ilə 60,37 dollara, "MARA Holdings” isə 7,67% geriləyərək 18,65 dollara düşüb.

Yaponiyanın "Metaplanet” şirkətinin (MTPLF) səhmləri isə 2,25% azalaraq 3,48 dollar səviyyəsində bağlanıb. Ticarət günü ərzində qısa artım qeydə alınsa da, bazar sonradan yenidən enişə keçib.

Bitcoin trezor şirkətləri də təzyiq altındadır

"Strategy” (MSTR) adlı aparıcı "Bitcoin treasury” şirkətinin səhmləri də satış dalğasından yan keçməyib. Qiymət 320,29 dollardan 304,79 dollara düşərək 4,84%-lik azalma göstərib.

Analitiklərin hesablamalarına görə, şirkətin mNAV göstəricisi (aktivlərin xalis dəyəri nisbəti) 1,180 səviyyəsindən aşağı enib — bu, son 19 ayın ən aşağı göstəricisidir.

"Standard Chartered” bankının rəqəmsal aktivlər üzrə tədqiqat rəhbəri Ceffri Kendrik bildirib ki, mNAV göstəricisinin 1,0-dan aşağı düşməsi, şirkətlərin balans dayanıqlığını zəiflədərək birləşmə və maliyyə risklərini artırır.

Bazar dəyərləri və investor təzyiqi

"Strategy” hazırda təxminən 78 milyard dollar dəyərində Bitcoin saxlayır, şirkətin ümumi bazar dəyəri isə 94 milyard dollar təşkil edir. Analitiklər bildirirlər ki, bu fərq əsasən investorların gələcək optimizminə və qurucusu Maykl Seylorun (Michael Saylor) "Bitcoin əsaslı borc və investisiya modellərinə” inamına əsaslanır.

Bununla belə, "CryptoQuant” hesabatına görə, "Bitcoin treasury” şirkətlərinin səhmləri getdikcə PIPE maliyyələşdirmə qiymətlərinə yaxınlaşır, bu da erkən investorların 55%-dək zərər riski ilə üzləşdiyini göstərir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->