Xəbər lenti

Tramp ABŞ-ın
Dünya 12:28 24.05.2025

Tramp ABŞ-ın "nüvə dirçəlişi" və elmi standartlarla bağlı fərmanlar imzaladı

ABŞ prezidenti Donald Tramp cümə günü elmi və nüvə texnologiyalarının islahatı məqsədilə bir neçə fərman imzalayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Ağ Evin rəsmi saytı məlumat yayıb.

Fərmanlar "nüvə energetikasının dirçəldilməsi” və "elmin qızıl standartı” ilə bağlıdır.

İmzalanmış fərmanlar Energetika Nazirliyinin laboratoriyalarında qabaqcıl nüvə reaktorlarının sınaqlarının keçirilməsinə icazə verir, federal torpaqlarda nüvə obyektlərinin tikintisinin yolunu açır və Nüvə Tənzimləmə Komissiyasını lisenziyaları vaxtında verməyə məcbur edir.

Ağ Evin Elm və Texnologiyalar İdarəsinin direktoru Maykl Kratsios bildirib: 

"Biz güclü nüvə sənaye bazasını bərpa edirik, təhlükəsiz və suveren daxili yanacaq təchizatı zənciri qururuq və dünyanı Amerikanın nüvə enerjisi ilə işləyəcək gələcəyə aparırıq”.

Ağ Evin açıqlamasında əlavə olunur ki, Tramp həmçinin "elmin qızıl standartının” tətbiqi barədə fərman imzalayıb. Bu fərman elmi fəaliyyətin şəffaflıq, tənqid və yoxlanmaya açıq olmaq, maraqlar toqquşmasından uzaq qalmaq kimi prinsiplər üzərində qurulmasını nəzərdə tutur.

Ağ Evdən yayılan bəyanatda deyilir: 

"Fərman "elmin qızıl standartı”nı müəyyənləşdirir və federal tədqiqat agentliklərindən mövcud proqram və fəaliyyətlərini bu fundamental prinsiplərlə uzlaşdırmağı tələb edir”.

Tramp administrasiyası yalnız federal qurumları deyil, eyni zamanda bütün amerikalı tədqiqatçıları və akademik müəssisələri elmi əsaslara qayıtmağa, "elmin qızıl standartı”nı bərpa etməyə çağırır.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->