II Dünya müharibəsinin son aylarında alman U-1206 sualtı qayığı qeyri-adi səbəbdən məhv olub - kapitanın şəxsi tualetində baş verən texniki nasazlıq bütün gəmini sıradan çıxarıb.
Qayanrinfo xəbər verir ki, "SlashGear"ın yazdığına görə, hadisə 1945-ci ilin aprelində kapitan Karl-Adolf Şlittin şəxsi sanitar qovşağından istifadə etməsi ilə başlayıb. İlk baxışda hər şey qaydasında olsa da, suyun çəkilməsi mümkün olmayıb.
Sualtı qayıqda o dövrün "yüksək texnologiyalı" sanitar sistemi quraşdırılmışdı – mürəkkəb klapanlar və qollarla işləyən bu tualet, adi gəmilərdəki sadə sistemlə müqayisədə çox çətin idarə olunurdu. Kapitan yardım üçün motorçu dənizçini çağırıb. Lakin o, lazımi təlim keçmədiyi üçün yanlış klapanı açıb. Nəticədə həm tullantılar, həm də dəniz suyu böyük təzyiqlə qayığa daxil olub.
Qısa müddət ərzində sualtı qayıq hissə-hissə su ilə dolub, akkumulyator bölmələri sıradan çıxıb. Ekipaj məcburiyyət qarşısında qalaraq səthə çıxıb. Təəssüf ki, hadisə Britaniyanın Şotlandiya sahilləri yaxınlığında baş verdiyindən düşmən təyyarələri dərhal sualtı qayığı aşkarlayıb. Şlitt düşmən əlinə keçməməsi üçün qayığın batırılması əmrini verib.
Nəticədə 45 nəfərlik heyət, kapitan da daxil olmaqla, əsir düşüb. Üç nəfər isə nasazlığın nəticələri ilə mübarizə apararkən həlak olub.
Mütəxəssislər hesab edirlər ki, U-1206 qayıq sadəcə motorçu matrosun səhvinin deyil, həm də alman mühəndislərinin sanitar sistemini təkmilləşdirmək həvəsinin qurbanı olub. Əvvəllər tullantılar xüsusi çənlərdə toplanır və yalnız səthə çıxarkən boşaldılırdı. Çənlərin çəkisini azaltmaq üçün yeni, təzyiqlə işləyən boru və klapanlardan ibarət sistem yaradılmışdı. Lakin bu, ciddi risk daşıyırdı: bircə səhv hərəkət bütün qayığın məhv olmasına kifayət eüdib.
Aydın
Şərhlər