Xəbər lenti

Tarixi rekord: İlk dəfə 3 milyard avroluq hədd aşıldı
Dünya 22:20 22.03.2025

Tarixi rekord: İlk dəfə 3 milyard avroluq hədd aşıldı

İtaliyanın lüks idman avtomobil istehsalçısı "Lamborghini" 2024-cü ildə həm satış, həm də gəlir baxımından yeni bir rekorda imza atıb. 

Qaynarinfo xəbər verir ki, şirkət ilk dəfə 3 milyard avro həddini aşaraq 3,09 milyard avro (3,4 milyard dollar) gəlir əldə edib.

2024 "Lamborghini" üçün böyümə ili oldu: 

* Satışlar: 5,7% artaraq 10.687 ədədə çatıb.
* Gəlir: 16,2% artaraq 3,09 milyard avroya yüksəlib.
* Fəaliyyət gəliri: 15,5% artışla 835 milyon avro olub.

Ən çox satılan modellər:

* Urus - 5.662 ədəd
* Huracan - 3.609 ədəd
* Revuelto - 1.406 ədəd
* Aventador - 10 ədəd (istehsalı dayandırılıb)

"Lamborghini" hibrid mühərriklərə keçid dövründə

"Lamborghini" 2023-cü ildə V12 mühərrikli "Revuelto" modelini təqdim etdi və ardınca hibrid "Urus" modelini bazara çıxarıb. Hibrid "Urus"un 2026-cı ilə qədər olan bütün stokları artıq satılıb.

Bundan əlavə, "Huracan" modelinin yerini alan qoşa turbo V8 mühərrikli "Temerario" 2024-cü ilin avqustunda tanıdılıb.

İlk tam elektrikli model 2029-da gəlir

* "Lanzador "konsepti ilə təqdim edilən ilk tam elektrikli "Lamborghini" modeli 2029-cu ildə satışa çıxarılacaq.
* Baş icraçı direktor Stefan Vinkelman bu yeni elektrikli modelin "Temerario" qədər yüksək satış göstərə biləcəyini proqnozlaşdırır.

ABŞ tarifələri satışlara təsir göstərə bilər 

Stefan Vinkelman ABŞ-ın təklif etdiyi yeni gömrük tariflərinin satışlara mənfi təsir edə biləcəyini vurğulayıb. Bununla belə, şirkət üç əsas bazarda – ABŞ, Avropa və Asiyada böyüməyə davam etdiyini bildirib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->