Bu ilin ən təsirli astronomik hadisələrindən biri – böyük tam Ay tutulması – 7 sentyabr axşamı başlayacaq. Dünya əhalisinin böyük bir hissəsi tərəfindən izlənilə biləcək bu hadisə, təxminən 3 saat 29 dəqiqə 24 saniyə davam edəcək.
Qaynarinfo xəbər verir ki, tutulma əvvəlcə qismən mərhələ ilə başlayacaq, sonra isə "qanlı Ay” adlanan tam tutulma mərhələsinə keçəcək. Ardınca yenidən qismən tutulma ilə yekunlaşacaq.
Avstraliyadan Braziliyaya qədər geniş bir ərazi bu nadir hadisəni seyr edə biləcək. Asiyanın böyük hissəsi, Şərqi Afrikanın kiçik bir bölümü və Qərbi Avstraliya bütün tutulma prosesini izləyə biləcək. Afrikanın qalan hissəsi, Avstraliyanın böyük ərazisi, Avropanın çoxu və Braziliyanın şərq sahilləri isə ya tam tutulmanın, ya da qismən mərhələnin bir hissəsini görə biləcək. Hava şəraiti əlverişli olarsa, dünya əhalisinin təxminən 60%-i tutulmanı tam, 87%-i isə heç olmasa bir hissəsini izləyə biləcək.
Ay tutulması, Ayın Yer kürəsinin kölgəsinə tam və ya qismən girməsi ilə baş verir. Tam tutulmada Ay, Yer kürəsinin kölgəsinə tam daxil olur və Güneş, Yer və Ay eyni xətt üzərində yerləşir. Qanlı Ay effekti isə Günəş işığının Yer atmosferindən keçərək qırmızı ton alması və Ay səthini bu işıqla işıqlandırması nəticəsində yaranır.
Türkiyədə bu möhtəşəm Ay tutulması 7 sentyabr bazar günü saat 21:00 radələrində başlayacaq və təxminən gecə yarısına qədər davam edəcək. Tam tutulma vaxtlarını dəqiq öyrənmək üçün "Timeanddate” kimi mənbələrdən istifadə etmək mümkündür.
Aydın
Şərhlər