Xəbər lenti

ABŞ varlıları
Dünya 17:07 13.08.2025

ABŞ varlıları "genetik super kasta" yaradır - "Ağıllı uşaq" üçün 50 min dollar

Silikon Vadisindəki İT sektorunun rəhbərləri "ağıllı uşaq"ların dünyaya gəlməsi üçün genetik seçim xidmətinə 50 min dollara qədər vəsait ödəməyə hazırdırlar.

Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ-ın "The Wall Street Journal” qəzeti yazıb.

"Nucleus Genomics” və "Herasight” startapları 6 min dollardan 50 min dollara qədər qiymətlərlə embrionların IQ testini təklif edir. Bu testlər yalnız mümkün xəstəlik risklərini müəyyən etməklə kifayətlənmir, həm də gələcək uşaqların potensial intellekt səviyyəsini qiymətləndirməyə imkan verir. Nəşrin qeyd etdiyinə görə, bu xidmətlərə tələbat sürətlə artır.

Mütəxəssislər bu meyli ABŞ-da "genetik super kasta” yaratmaq cəhdi kimi qiymətləndirirlər.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->