Xəbər lenti

Sabah ilk zəvvar qrupu Azərbaycandan Həcc ziyarətinə yola düşür
Ölkə 11:22 03.06.2024

Sabah ilk zəvvar qrupu Azərbaycandan Həcc ziyarətinə yola düşür

Sabah ilk zəvvar qrupu Azərbaycandan Həcc ziyarətinə yola düşəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri bildirib.

Onun sözlərinə görə, ilk zəvvar qrupu 05:35-də Bakıdan təyyarə ilə yola düşəcək, 08:45-də isə Səudiyyət Ərəbistanına çatacaq. İlk zəvvar qrupunda 180 nəfər olacaq. Sabah 180 nəfərlik ikinci zəvvar qrupu isə 16:35-də yola düşəcək.

Qeyd edək ki, Azərbaycandan Həcc ziyarəti üçün sənəd qəbuluna fevralın 12-dən başlanılıb. Bir nəfər üçün ziyarət paketinin qiyməti 5850 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək. Bu il Azərbaycandan Həcc ziyarəti üçün 1500 kvota ayrılıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->