23 avqustda Severodvinskdən K-572 "Perm” atom sualtı raket kreyseri ilk dəfə zavod sınaq yürüşlərinə çıxıb.
Qaynarinfo xəbər verir ki, bu barədə rusiyalı hərbi bloq "
BMPD” məlumat yayıb.
Sualtı qayıq 08851 (885M "Yasen-M”) layihəsinin beşinci gəmisi olub. O, həm də silahlanmasında rusların "hipersəsli” adlandırdığı "Zirkon” qanadlı raketləri daşıyan ilk çoxməqsədli atom sualtı qayığıdır.
885 və 885M layihəsi çərçivəsində tikilən qayıqlar qanadlı raketlərlə təchiz olunmuş çoxməqsədli atom sualtı qayıqlar hesab olunur və onlar dördüncü (indiyə qədərki son) nəsilə aid edilirlər.
Açıq mənbələrə görə, bu layihə üzrə sualtılarda 533 mm-lik on torpedo aparatı quraşdırılıb, onlar gövdənin orta hissəsində, qaldırılan cihazların yerləşdiyi sahədə yan tərəfə bucaq altında yerləşdirilib. Onların arxasında isə səkkiz ədəd şaquli raket şaxtası mövcuddur.
Seriyanın ilk gəmisi – K-560 "Severodvinsk” – 21 dekabr 1993-cü ildə inşa olunmağa başlanıb və 17 iyun 2014-cü ildə RF Hərbi Dəniz Donanmasına sınaq istismarı üçün təhvil verilib.
Ümumilikdə ruslar təxminən on belə gəmi inşa etməyi planlaşdırırlar. Bu ilin mart ayına olan məlumata görə, RF Hərbi Dəniz Donanmasının beş yeni çoxməqsədli atom sualtı qayığı mövcud olub, onlara baza layihəsinin və modernləşdirilmiş variantların gəmiləri daxildir.
Rusiya donanması üçün ən mühüm hadisələrdən biri də illərlə təmir və modernizasiya olunan ağır atom raket kreyseri "Admiral Naximov”un zavod sınaq yürüşlərinə başlaması olub. Modernizasiya nəticəsində gəminin zərbə gücünün əhəmiyyətli dərəcədə artacağı gözlənilir.
Bununla yanaşı, sonradan məlum olub ki, Rusiyanın yeganə aviadaşıyıcı raket kreyseri "Admiral Kuznetsov”un təmiri dayandırılıb. Gəminin gələcəkdə ya utilizasiya ediləcəyi, ya da satılacağı istisna edilmir.
Alpər
Şərhlər