Xəbər lenti

Avropa Trampa
Dünya 12:47 25.08.2025

Avropa Trampa "ruhunu satır" və bu böyük səhvdir - FT-nın köşə yazarı

Avropa İttifaqı liderlərinin ABŞ prezidenti Donald Trampın tələblərinə uyğun olaraq müdafiə xərclərinin artırılmasına və yeni ticarət sazişinin imzalanmasına razılıq verməsi ekspertlər və siyasətçilər arasında narazılıq dalğası yaradıb. Avropa mətbuatı Aİ rəhbərlərinin davranışını "alçaldıcı”, "iqtisadi kapitulyasiya” və "sanki əyləncə sənayesindən oğurlanmış ritorika” kimi təsvir edib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times”ın iqtisadi şərhçisi Martin Sandbu yazır.

Trampa edilən güzəştlər onun "sülhyaratma məharətinə” ünvanlanan nümayişkaranə təriflərlə müşayiət olunsa da, əslində həm Aİ-nin iqtisadi mövqelərini, həm də onun demokratik legitimliyini sarsıdır, – deyə müəllif qeyd edir.

Sandbu vurğulayır ki, Avropanın "pragmatik kompromis” strategiyası üç elementdən ibarətdir:

* Tramp qarşısında nümayişkaranə yaltaqlıq,
* ən pis senarilərdən qaçmaq (Ukraynaya dəstəyin dayanması və ya ticarət müharibəsi),
* və eyni zamanda heç kimin yerinə yetirmək niyyətində olmadığı, lakin ABŞ prezidentinin "aldandığı” boş vədlər.

Müəllifin fikrincə, bu taktika praqmatizm yox, sadəcə oportunizmdir və Avropanın siyasi nüfuzuna zərbə vurur. Prinsiplərdən imtina Aİ-nin beynəlxalq ticarət qaydalarını müdafiə edən koalisiyaya liderlik etmək imkanlarını zəiflədir və seçicilərin inamını sarsıdır.

Tənqid fonunda alternativ yanaşma da xatırlanır: Ukrayna prezidenti Vladimir Zelenskinin nümunəsi. Müəllifin qənaətinə görə, o, Trampın sərt sözlərinə baxmayaraq, açıq şəkildə öz mövqeyini müdafiə etdi və nəticədə yalnız qazandı.

UNIAN-ın yazdığına görə, Vaşinqtona səfər edən avropalı liderlərin Ukraynaya dəstəklərini nümayiş etdirməli olan görüşü əslində Avropanın "strateji zəifliyini” üzə çıxardı.

"Bild” isə analitiklərə istinadən qeyd edir ki, "avropalılar vaxtlarının çoxunu, resurslarını və enerjilərini faydasız, saxta diplomatiyaya sərf edirlər”, çünki ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkof və Tramp, məlum olduğu kimi, Putinin sözlərini daim səhv şərh edirlər.

"Mövcud günlər göstərdi ki, avropalılar resurslarını və vaxtlarını Putinə birbaşa təzyiq göstərməyə sərf etsələr, daha yaxşı olardı”, – deyə Münhen Təhlükəsizlik Konfransının aparıcı elmi əməkdaşı Niko Lange bildirib.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->