Xəbər lenti

Rusiya Avropaya qaz təchizatının dayandırılmasında ABŞ və Ukraynanı ittiham etdi
Dünya 15:06 02.01.2025

Rusiya Avropaya qaz təchizatının dayandırılmasında ABŞ və Ukraynanı ittiham etdi

"Ukrayna ərazisi vasitəsilə Avropaya Rusiya qazının təchizatının dayandırılmasına görə məsuliyyət tamamilə ABŞ, "kukla Kiyev rejimi" və Avropa siyasətçilərinin üzərinə düşür”. 

Qaynarinfo xəbər verir ki, bu sözlər Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın qurumun saytında dərc olunan bəyanatında yer alıb.

Diplomatın sözlərinə görə, Ukrayna ərazisindən Avropaya Rusiya qazının təchizatının dayandırılması Avropa ölkələrinin iqtisadi potensialını zəiflədir və onların vətəndaşlarının həyat səviyyəsinə mənfi təsir göstərir.

Zaxarova qeyd edib ki, Avropa ölkələrinin enerji bazarının yenidən bölüşdürülməsinin "əsas faydalananı" və eyni zamanda "Ukrayna böhranının baş sponsoru" ABŞ-dır. Bu prosesin ilk qurbanı isə "Şimal axını" və "Şimal axını-2" qaz kəmərlərinin partladılmasından sonra təbii qazı daha yüksək qiymətlərlə almağa məcbur qalan Almaniya olub.

Ukrayna rəsmi olaraq, mövcud müqavilənin 31 dekabr 2024-cü ildə başa çatmasından sonra Rusiya ilə qaz tranziti haqqında razılaşmanı uzatmaqdan imtina edib. "Gazeta.Ru" ilə müsahibə verən ekspertlərin fikrincə, bu vəziyyət Rusiya üçün müəyyən gəlir itkilərinə səbəb ola bilər, lakin qaz qiymətlərinin yüksəlməsi ilə bu itkiləri kompensasiya etmək mümkündür. Bundan əlavə, Moskva Avropaya qazın Kiyevi keçmədən alternativ tədarük sxemi ilə təmin edilməsi və ya "Türk axını" kimi alternativ marşrutlar tapmaq üçün danışıqlar apara bilər.

1 yanvar tarixində "Qazprom" bildirib ki, Moskva vaxtı ilə 08:00-dan etibarən Ukrayna ərazisi vasitəsilə Rusiya qazının nəqli həyata keçirilmir.

Bundan əvvəl Avropa Komissiyası bəyan etmişdi ki, qeyri-Rusiya mənşəli qazın idxalına hazırdır.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->