Xəbər lenti

NATO-nun ən güclü orduları açıqlandı: Türkiyə neçəncidir? (SİYAHI)
Dünya 13:13 14.05.2026

NATO-nun ən güclü orduları açıqlandı: Türkiyə neçəncidir? (SİYAHI)

Dünyanın hər il maraqla gözlədiyi NATO-nun ən güclü orduları siyahısı "Global Firepower” tərəfindən açıqlanıb. 

Qaynarinfo xəbər verir ki, 2026-cı il üzrə hazırlanmış reytinq NATO daxilində güc balansında diqqətçəkən dəyişiklikləri üzə çıxarıb.

Qlobal müdafiə potensialını 60-dan çox kriteriya üzrə qiymətləndirən siyahıya ABŞ ordusu başçılıq edir. Nəticələrə əsasən Türkiyə NATO ölkələri arasında 4-cü sırada yer alaraq ABŞ, Fransa və Böyük Britaniyanın ardınca gəlir.

Siyahı NATO daxilində hərbi güc balansının əsasən ABŞ və Qərbi Avropa ölkələri ətrafında formalaşdığını göstərsə də, Türkiyənin yüksək mövqeyi diqqət çəkən əsas məqamlardan biri kimi qeyd olunur.

NATO-nun ən güclü 10 ordusu

1. ABŞ
2. Fransa
3. Böyük Britaniya
4. Türkiyə
5. İtaliya
6. Almaniya
7. İspaniya
8. Polşa
9. İsveç
10. Kanada

Aydın
--> -->