Xəbər lenti

Ölkə 19:09 14.10.2025

"Range Rover" sürücüsü içkili vəziyyətdə saxlanıldı

Bakıda "Range Rover" markalı nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən sürücü saxlanılıb. 

Qaynarinfo-nun məlumatına görə, hadisə Səbail rayonu, Salyan şossesində baş verib. 

Belə ki, 1978-ci il təvəllüdlü Mahir Həziyev saxlanılaraq, barəsində İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb.

Məhkəmədə səhvini başa düşdüyünü deyən sürücü İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini xahiş edib.

Məhkəmənin hökmü ilə Mahir Həziyev 300 manat cərimə olunub. 

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->