Xəbər lenti

AFB Bank 2025-ci ilin III rübünü sabit maliyyə artımı və sürətli böyümə ilə başa vurub
Ekonomiks 19:21 14.10.2025

AFB Bank 2025-ci ilin III rübünü sabit maliyyə artımı və sürətli böyümə ilə başa vurub

AFB Bank 2025-ci ilin üçüncü rübü üzrə maliyyə nəticələrini açıqlayıb. Nəticələr bankın dayanıqlı inkişaf xəttini qoruyaraq əsas göstəricilərdə sabit artım nümayiş etdirdiyini göstərir.
 
Sabit maliyyə artımı və güclənən göstəricilər
 
Cari ilin 9 ayı ərzində bankın aktivləri 10%-dək artaraq 320,4 milyon manata çatıb. Bankın mənfəəti isə əvvəlki dövrə nisbətən 6% artım göstərib. Kredit üzrə faiz gəlirləri 14% artmışdır.
 
Depozit portfelində güclü artım və müştəri etimadı
 
Müddətli depozit portfeli 2025-ci ilin əvvəlindən 61% artaraq 53,2 milyon manata yüksəlib. Müştəri etimadının artması nəticəsində bank uzunmüddətli və stabil maliyyə mənbələrini daha da gücləndirdiyini təsdiqləyir.
 
Kredit portfelində genişlənmə və real sektorun dəstəklənməsi
AFB Bank-ın kredit portfeli 2025-ci ilin 9 ayı ərzində 30%-dək artaraq 232 milyon manata çatıb. Biznes kreditləri üzrə portfel 38% artmışdır. Bu, bankın həm biznes subyektlərinə və sahibkarlara real maliyyə dəstəyini artırdığını və ölkə iqtisadiyyatının maliyyələşdirilməsində rolunu möhkəmləndirdiyini göstərir.Pərakəndə kreditlər üzrə başdan-başa onlayn kreditləşmənin həcmi 50%-i keçmişdir. Bu göstərici, bankın fərdi müştərilərə yönəlmiş rəqəmsal həllərini genişləndirdiyini və pərakəndə seqmentdə müştəri rahatlığını ön planda saxladığını təsdiqləyir.
 
Strategiyada dəyişiklik
 
AFB Bank bu il qəbul etdiyi "Transformasiya Strategiyası” çərçivəsində dayanıqlı inkişaf və sürətli böyümə istiqamətində addımlarını gücləndirir. Bank müştəri yönümlü həllərin genişləndirilməsi, rəqəmsal məhsulların təkmilləşdirilməsi və daha əlçatan maliyyə xidmətlərinin təqdim olunması vasitəsilə bazardakı mövqeyini daha da möhkəmləndirir.
 
İnsan kapitalına investisiya
 
Bundan əlavə, bank işçi heyətini 50%-dək artırıb. Yeni əməkdaşların cəlb edilməsi bankın fəaliyyət sahələrini genişləndirməyə, xidmət keyfiyyətini yüksəltməyə və innovativ maliyyə məhsullarını daha sürətlə təqdim etməyə imkan verib. İşçi heyətinin artımı həm də bankın korporativ mədəniyyətinə yenilikçi yanaşmalar gətirərək komanda dinamikasını gücləndirib.
 
Bankın sürətli böyüməsi və işçi heyətinin artımı onun bazarda daha yaxşı mövqe əldə etməsinə xidmət edir və gələcəkdə müştərilərə yüksək səviyyəli xidmət təqdim etmək üçün geniş potensial yaratdığını göstərir.
 
AFB Bank-a Fitch-dən "B” reytinqi
 
Xatırladaq ki, Fitch Ratings beynəlxalq reytinq agentliyi AFB Bank-a "B” uzunmüddətli emitent reytinqi (IDR) və "Stabil” proqnoz verib. Reytinq Bankın yaxşı kapitallaşması, yetərli likvidlik ehtiyatları və stabil mənfəətliliyi ilə əsaslandırılıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->