Xəbər lenti

Mülki şəxslər hərbi qırıcı təyyarələrə sahib ola və uça bilərmi?
Dünya 21:04 14.10.2025

Mülki şəxslər hərbi qırıcı təyyarələrə sahib ola və uça bilərmi?

Hərbi bir qırıcı təyyarəyə sahib olmaq bir çox aviasiya həvəskarı üçün xəyaldır. Lakin reallıq odur ki, belə təyyarələrə sahiblik hüququ ciddi şəkildə tənzimlənir.

Qaynarinfo bu barədə "Wion" portalına istinadən xəbər verir.

Amerika Birləşmiş Ştatlarında vətəndaşların aktiv xidmətdə olan hərbi qırıcılara sahib olması qadağandır. Döyüş təyyarələrinin şəxslərə satışı ABŞ hökuməti tərəfindən qadağan edilib, bu da qabaqcıl hərbi texnologiyaların rəsmi nəzarətini təmin edir.

Ancaq hərbi bir qırıcıya sahib olmaq xəyalı yenə də elə də həyata keçirilməz deyil. ABŞ-da vətəndaşlar xidmətdən çıxarılmış hərbi təyyarələri qanuni olaraq ala bilərlər.

"Bu təyyarələr təsilatsızlaşdırılmalıdır, yəni bütün silah sistemləri və həssas avadanlıqlar çıxarılmalıdır. Bundan əlavə, təyyarələr Federal Mülki  Aviasiya İdarəsində qeydiyyatdan keçməli və mülüi aviasiya standartlarına cavab verməlidir", deyə materialda qeyd olunur.

Lakin xidmətdən çıxarılmış bir qırıcıya mülkiyyət hüququnu rəsmiləşdirmək də olduqca çətindir. Pilot sahib olmaq istədiyi hər bir təyyarə üçün xüsusi ixtisas əldə etməlidir. Üstəlik, təyyarələrin texniki qulluğu üçün yüksək xərcləri də nəzərə almaq lazımdır. Bu cür təyyarələrlə işləməyi bacaran ixtisaslı mütəxəssislər tapmaq da çətin ola bilər.

"Bundan əlavə, belə təyyarələrin istismarı hava məkanı qaydalarına və səs məhdudiyyətlərinə ciddi riayət etməyi tələb edir. Bəzi insanlar xidmətdən çıxarılmış qırıcılara sahib olmaq və onları idarə etməklə bağlı çətinliklərin öhdəsindən müvəffəqiyyətlə gəliblər. Məsələn, keçmiş pilotlar və aviasiya sahibkarları Sovet istehsalı olan MiQ-21 və MiQ-29 təyyarələrini satın alıblar və tez-tez onları hərbi təlimlər zamanı rəqibə qarşı mübarizə təlimləri keçirmək üçün istifadə ediblər", deyə nəşr yazır.

Bir neçə təyyarəyə aktyor Tom Kruz da sahibdir, o, lisenziyalı pilotdur. Məsələn, onun "Top Qan: Maverik" filmində görünən, II Dünya müharibəsi dövrünün P-51 Mustang adlı qırıcı təyyarəsi var.

Beləliklə, mülki şəxslər üçün döyüş təyyarələrinə sahib olmaq mümkün olsa da, adətən bu, əhəmiyyətli maliyyə imkanları və aviasiya təcrübəsi olanlar üçün mümkündür.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->