Xəbər lenti

Ramin Məmmədovun deputat mandatı ləğv ediləcək
Siyasət 12:45 01.05.2024

Ramin Məmmədovun deputat mandatı ləğv ediləcək

Mərkəzi Seçki Komissiyasının (MSK) mayın 2-də keçiriləcək iclasında Ramin Məmmədovun deputat mandatından məhrum edilməsi məsələsinə baxılacaq.

"Report"un xəbərinə görə, Konstitusiyanın 89-cu maddəsinin 4-cü hissəsinə əsasən, Milli Məclisin deputatı dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) mandatından məhrum edilir.

Qeyd edək ki, Prezident İlham Əliyevin aprelin 8-də imzaladığı Sərəncamla Ramin.Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->