QR kod texnologiyası ilə həyata keçirilən kiber hücumlar artıb.
Valyuta.az xəbər verir ki, kibertəhlükəsizlik məhsulları və həlləri ilə tanınan STM şirkəti yeni açıqladığı Kiber Təhdid Vəziyyəti Hesabatında bunu bildirib.
STM-in Honeypot sensorları 2024-cü ilin aprel, may və iyun aylarında 1 milyon 390 min kiberhücum aşkarlayıb. Ən çox hücumu həyata keçirən ölkə 138 min hücumla Ukrayna, 127 min hücumla isə ABŞ ikinci yerdədir. Bu ölkələri müvafiq olaraq Rusiya, Hindistan, Sinqapur, Almaniya, Misir, Çin, Estoniya və Vyetnam izlədi.
QR kod texnologiyasının yayılması ilə, xüsusən də COVID19 pandemiyasından sonra QR koda əsaslanan kiberhücumlarda da artım müşahidə edilib. 2023-cü ilin avqust və sentyabr ayları arasında QR kod fişinq hücumlarında 587 faiz artım olduğu bildirilib. Fırıldaqçılar saxta QR kodlardan istifadə edərək zərərli proqramlar yayır və istifadəçilərin məlumatlarını saxta bank və alış-veriş saytlarına yönləndirərək oğurlayırlar. Bundan əlavə, ödəniş QR kodları fırıldaqçıların hesablarına pul köçürmək üçün manipulyasiya edilə bilər.
QR kodlarla hücumlardan qorunmaq üçün etibarsız mənbələrdən gələn QR kodların skan edilməməli, antivirus proqramlarından istifadə edilməli və cihaz proqramlarının aktual saxlanmalı olduğu vurğulanır.
Şərhlər