Xəbər lenti

Ekoloji fəallar üçün ən zərərli sosial şəbəkə açıqlandı
Dünya 17:54 27.07.2025

Ekoloji fəallar üçün ən zərərli sosial şəbəkə açıqlandı

"Global Witness" hüquq-müdafiə təşkilatının keçirdiyi sorğuya əsasən, ekoloji fəalların əksəriyyəti öz fəaliyyətləri səbəbindən internetdə təqibə məruz qalıb.

Qaynarinfo xəbər verir ki, ən çox təzyiqə məruz qaldıqları platforma kimi "Facebook" göstərilib. 

Sorğuda iştirak edənlərin yarıdan çoxu məhz bu platformada hədələrlə, təhqirlərlə və ya dezinformasiyanın yayılması ilə qarşılaşdıqlarını deyib.

İkinci yerdə 37%-lə "X" (əvvəlki "Twitter") dayanır, onu isə təxminən 36% göstərici ilə "WhatsApp", 26%-lə isə "Instagram" izləyir.

Sorğu 2024-cü ilin noyabrından 2025-ci ilin mart ayına qədər keçirilib və müxtəlif ölkələrdə torpaqları və ətraf mühiti qoruyan 200-ə yaxın hüquq müdafiəçisini əhatə edib. Onların 70%-i onlayn aqressiyanın real həyatda təzyiqlərin və hədələrin artmasına birbaşa təsir göstərdiyini qeyd edib.

"Global Witness" təşkilatı "Meta" və digər platformaları daha sərt moderasiya tədbirlərinə, şəffaf hesabatlığa və zərərli məzmunun yayılmasını gücləndirən alqoritmlərə yenidən baxmağa çağırıb.

Qeyd edək ki, daha əvvəl "The New York Times" yazmışdı ki, "Meta" faktların yoxlanması proqramından imtina edir və məzmun moderasiyası qaydalarını yumşaldır. Bu qərar, şirkətin Donald Trampın prezidentliyinə yenidən uyğunlaşmağa çalışdığını göstərən əlamətlərdən biri kimi qiymətləndirilir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->