Yanvarın 20-də qızılın birja qiyməti 2 %-dən çox artaraq tarixdə ilk dəfə bir troya unsiyası üçün 4 700 ABŞ dolları səviyyəsini ötüb.
Qaynarinfo xəbər verir ki, bunu ticarət məlumatları təsdiq edir.
Nyu-York "Comex" birjasında fevral ayı üçün qızıl fyuçerslərinin qiyməti əvvəlki bağlanışa nisbətən 108,71 ABŞ dolları və ya 2,37 % artaraq bir troya unsiyası üçün 4 704,11 ABŞ dollarına yüksəlib.
Eyni zamanda, mart ayı üçün gümüş fyuçerslərinin qiyməti 6,23 % artaraq bir unsiya üçün 94,052 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, şənbə günü ABŞ Prezidenti Donald Tramp fevralda Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Böyük Britaniya, Niderland və Finlandiyadan göndərilən mallara 10 % rüsum tətbiq ediləcəyini elan edib. Rüsum daha sonra 25 %-ə qədər artırılacaq və Birləşmiş Ştatlar tərəfindən Qrenlandiyanın satın alınması haqqında müqavilə imzalanana qədər qüvvədə qalacaq. Bu fonda qızıl yeni həftənin başlanğıcı ilə qiymət artımını bərpa edib.
Şərhlər