Ancelina Coli və Bred Pitt arasındakı, 2016-cı ildən bəri davam edən konflikt yeni mərhələyə qədəm qoyub.
Qaynarinfo "Radar Online" portalna istinadən xəbər verir ki, Coli növbəti hüquqi sənədləri təqdim edib. Onlarda iddia olunur ki, ayrılıqdan sonra Pitt faktiki olaraq onların Fransadakı birgə mülkiyyətini və Los-Ancelesdəki evini öz nəzarətinə götürüb - Coliyə hər hansı kompensasiya ödəməyib.
Aktrisa xatırladıb ki, boşanmaq üçün ərizə verməsi şəxsi təyyarədə baş verən hadisəyə əsaslanıb. Onun sözlərinə görə, Pitt sərxoş vəziyyətdə həm fiziki, həm də şifahi olaraq ona və uşaqlara qarşı aqressiv davranıb. Pitt isə bu ittihamları qəti şəkildə rədd edib.
Coli vurğulayır ki, o, Pittə hər iki evdə tam nəzarət və yaşamaq hüququ verib. Ümid edib ki, bu, onunla ünsiyyətini sakitləşdirər. O qeyd edib ki, o vaxtdan bəri Fransadakı Miraval mülkiyyətinə ayaq basmayıb, çünki bu ərazi boşanma dövrü ilə bağlı ağrılı xatirələrlə bağlıdır.
Eyni zamanda aktrisa bildirir ki, mülkiyyətə yatırdığı pullara baxmayaraq, Pittdən aliment və ya maliyyə yardımı tələb etməyib - bu, 2021-ci ildə onun Miraval şərab zavodundakı payını rus iş adamı Yuri Şeflerə 64 milyon dollara satmasını izah edir.
Pittin komandası isə əvvəlcədən bildirib ki, keçmiş cütlük arasında birgə payları qarşılıqlı razılıq olmadan satmamaq barədə razılaşma mövcud idi və Colinin satışı onun hüquqlarını pozub. Aktrisanın yaxın mənbəsi iddia edir ki, Coli yeni bəyanatlarla diqqəti yayındırmağa çalışır. Mənbələrə görə, Pitt isə işi hüquqi çərçivədə sona çatdırmağa qərarlıdır.
Coli və Pitt 2005-ci ildə "Mister və Missis Smit” filmində birgə çəkildikdən sonra görüşməyə başlayıblar. Bu film onları Hollivudun ən çox müzakirə olunan cütlüklərindən birinə çevirib.
Uzun müddət rəsmi olaraq evlənməyiblər, altı uşağı – üç bioloji və üç övladlığa götürülmüş – böyüdüblər. Yalnız 2014-cü ildə, demək olar ki, on il münasibətdən sonra, Fransada - Miraval Şatolarında şəxsi nikah mərasimi keçiriblər. Bu ərazi hazırda hüquqi mübahisənin mərkəzinə çevrilib.
2016-cı ildə Coli qəfil boşanmaq üçün ərizə verib, səbəb kimi "qarşılıqlı fikir ayrılıqları” göstərilib. Bu, tez bir zamanda uzunmüddətli hüquqi mübahisəyə çevrilib, xüsusilə uşaqların himayəsi, mülkiyyət və şərab zavodu məsələlərində.
Aydın
Şərhlər