Xəbər lenti

Putin-Zelenski görüşü baş tutacaqmı və Anakara necə mövqe tutmalıdır?
Dünya 14:10 12.05.2025

Putin-Zelenski görüşü baş tutacaqmı və Anakara necə mövqe tutmalıdır?

"Putin beynəlxalq təcrid vəziyyətində olduğunun, növbəti sanksiyalar dalğasının onun üçün eksiztensional problemlər yarada biləcəyinin fərqindədir".

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev Ukrayna və Rusiya liderlərinin mayın 15-də Türkiyədə bir masa ətrafında oturmaqla bağlı razılığı şərh edərkən deyib.

Üzeyir Şəfiyev bildirib ki, Ukrayna ilə Rusiya arasında münasibətlərdə bir hərəkətlənmə müşahidə edilir və bu da səbəbsiz deyil:

"Putin beynəlxalq təcrid vəziyyətində olduğunun fərqindədir. Növbəti sanksiyalar dalğası onun üçün ekzistensional problem yarada bilər. Putin Avropa ölkələrinin artıq toparlanmaqda, konsolidasiya vəziyyətində olduğunu görür. Avropa Putini sülhə məcbur etmək üçün bəlli taktikadan istifadə etdi. Məlum dördlüyün görüşü oldu və onlar Putinə sərt ritorika ilə müraciət etdilər. Moskva bu fonda Avropanın artıq toparlanmaq istiqamətində ciddi addım atdığını görür". 
 


Üzeyir Şəfiyev bildirir ki, Putin buna getməklə Rusiyanın taqətdən düşməsi, Trampın Putinə münasibətdə ritorikasının dəyişməsi fonunda mövcud vəziyyətdə heç olmasa müharibənin əvvəlindəki İstanbul razılaşmasına bənzər bir razılaşmaya ümid edir. Həmsöhbətimizin fikrincə, vasitəçi rolunda çıxış edən Türkiyə də yeni məzmunlu plan təklif etməlidir: 

"Burada söhbət həm də ondan gedir ki, Türkiyəyə hansı səlahiyyət veriləcək – fatlitator, yoxsa moderator kimi. Birinci halda o sülh mətninə əlavə təkliflər verə bilər. Ankaranın əvvəlki İstanbul məntinə oxşar mətni irəli sürməsi isə Türkiyənin nüfuzuna zədə vurar. Çünki belə vəziyyət Kiyevi və Avropanı razı salmayacaq. Türkiyə ilə Qərbin mövqeyi üst-üstə düşərsə, Ankara prosesdən birmənalı uduşlu çıxacaq. Ona görə də Türkiyə bir qədər ehtiyatlı mövqe sərgiləməli, Kiyevin mövqeyinin daha çox nəzərə alındığı yeni məzmunlu plan təklif etməlidir".

Amma ekspert Putinlə Zelenskinin birbaşa görüşünü hələlik mümkünsüz sayır: 

"Çünki psixoloji cəhətdən belə bir görüş hələlik mümkün deyil. Amma digər səlahiyyətlilər arasında danışıqlar ola bilər".

Konfliktoloqun fikrincə, Putin müəyəyn qədər geri çəkilməli olacaq:  

"Putin çalışacaq ki, sahədəki uğurları sülh müqaviləsində əks olunsun. Ancaq Zelenski və Avropa bunu qəbul etməyəcək. Avropa da burada özü üçün gəlir əldə etmək istəyir. Bu konsolidasiya Putini bir qədər geri çəkilməyə məcbur edə bilər. Danışıqlar mövqelərin yaxınlaşması baxımından maraqlı olacaq. Danışıqlar ümidvericidir, ancaq çox şey Zelenski və Avropanın, özəlliklə də Türkiyənin mövqeyindən asılıdır".

Qeyd edək ki, Moskvada keçirilən hərtbi paraddan sonra Putin Kiyevə mayın 15-də döyüşləri dayandırmaq üçün heç bir ilkin şərt olmadan İstanbulda birbaşa görüşlərə başlamağı təklif edib. Zelenski də təklifə razılıq verərək, mayın 15-də Putini İstanbulda gözləyəcəyini deyib. Ancaq o, danışıqlara başlamamışdan öncə mayın 12-dən başlayaraq, 30 gün müddətinə atəşkəsin vacib olduğunu da qeyd edib. Bununla belə, atəşksə alınmasa belə, görüşdən boyun qaçırmayacağını bildirib. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->