Xəbər lenti

Çində 6,2 maqnitudalı zəlzələ oldu
Dünya 12:34 04.12.2025

Çində 6,2 maqnitudalı zəlzələ oldu

Çinin şimal-qərbində yerləşən Sintszyan-Uyğur Muxtar Rayonunda 6,2 maqnitudalı zəlzələ olub.

Qaynarinfo Report-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri 135 min nəfərin yaşadığı Tumşuk bölgəsindən 141 km şimal-qərbdə, ocağı isə 7 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.

"Report"un Qazaxıstan bürosunun məlumatına görə, seysmik aktivlik Almatı vilayətində və qonşu bölgələrdə də hiss edilib. Almatıda təkanlar təxminən 3 bal gücündə hiss olunub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->