Xəbər lenti

Putin Şimali Koreya qoşunlarının Kursku geri alacağına stavka edir – FT
Dünya 21:35 24.10.2024

Putin Şimali Koreya qoşunlarının Kursku geri alacağına stavka edir – FT

Rusiyada yerləşən Şimali Koreya qoşunları Kursk vilayətinə göndərilə bilər. Rusiya prezidenti Vladimir Putin Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan Kursk vilayətinin bir hissəsini geri alacaqlarına stavka edir.

Bu barədə Qaynarinfo "Financial Times”a istinadən xəbər verir.

Şimali Koreya Ukraynanın avqust ayından nəzarətində olan Kursk vilayətinin bir hissəsini geri alınmasına Moskvaya kömək etmək üçün Rusiyaya 12 min əsgər göndərib.

Analitiklər bildirir ki, Şimali Koreya qüvvələri müharibənin gedişatını dəyişmək üçün çox kiçikdir. Rusiya Ukrayna qoşunlarını geri atmaq üçün Kursk vilayətində olan 50 minlik kontingentini ikiqat artırmalı və Ukrayna cəbhəsi boyunca böyük uğurlar qazanmaq üçün yeni səfərbərlik dalğası keçirməlidir.

Bununla belə, Qərb analitikləri Şimali Koreya qoşunlarının Ukrayna üçün problem yarada biləcəyini düşünürlər. Onların yaxşı birliyi və motivasiyası ola bilər, ona görə də koreyalılar rusların bacara bilməyəcəyi şəkildə döyüşə bilərlər. 

Qərb kəşfiyyat rəsmiləri deyirlər ki, Putin yüksək səviyyəli məmurların yeni səfərbərlik dalğası həyata keçirmək tələblərinə müqavimət göstərib və könüllülərə böyük mükafatlar təklif etməklə məsələni həll edib. Bu, Rusiyaya ayda 30 min hərbçi cəlb etmə sürətini saxlamağa kömək edib və Rusiyanın bölgələrində ödənişlərin miqdarı kəskin şəkildə artırılıb.

Cənubi Koreyanın Milli Kəşfiyyat Xidmətinin məlumatına görə, Şimali Koreyanın "Fırtına Korpusu” kimi tanınan elit bölməsi olan 11-ci Ordusunun qoşunları Rusiyaya göndərilir. Bildirilir ki, bunlar Şimali Koreyanın sıravi əsgərləri deyil, onlar yaxşı təchiz edilmiş və təlim keçmiş mobil yüngül piyadalardır.

Kursk vilayətində digər ərazilərdən fərqli olaraq cəbhə xətti müəyyən edilməyib. Bu o deməkdir ki, Rusiya artilleriya atəşi ilə müşayiət olunan daimi piyada hücumlarının adi üsullarından istifadə edə bilməz. Amma Rusiya Federasiyası öz kəndlərini bombalamaqla havadakı üstünlüklərindən istifadə edir.

Kim Çen Inın planları

Cənubi Koreyalı analitiklərin qeyd etdiyi kimi, Şimali Koreya diktatoru Kim Çen In həmişə Ukraynaya qoşun yerləşdirmək istəyib. Bu, ona Moskva üzərində daha çox rıçaq və potensial olaraq ona mürəkkəb rus hərbi texnologiyasına çıxış imkanı verəcək.

KXDR lideri ballistik raketləri, kosmik və nüvə proqramlarını gücləndirmək istəyir.

Moskva Şimali Koreyanı maliyyə, ərzaq və yanacaqla mükafatlandıra və ya qabaqcıl silahlar ötürməklə təcrid olunmuş kommunist dövləti ilə tərəfdaşlığını dərinləşdirə bilər. Buraya qabaqcıl silahların ötürülməsi, Rusiya və Şimali Koreya alimləri arasında raket texnologiyası və sualtı müharibə sahələrində əməkdaşlıq daxil ola bilər.

Seul və Pekindən reaksiya

Şimali Koreya qoşunlarının cəbhə xəttinə yerləşdirilməsi Cənubi Koreyanı Ukraynanı daha çox silahla təmin etməyə sövq edə bilər. Seul Ukraynaya yalnız ölümcül olmayan hərbi və humanitar yardım göstərib, həmçinin ABŞ-a 155 mm-lik artilleriya mərmilərinin tədarükünü təmin edib. 

Amma bu yaxınlarda Cənubi Koreya prezidentinin sözçüsü Seulun Kiyevə hücum silahlarının göndərilməsini nəzərdən keçirəcəyini bildirib. Bu, təkcə mərmilərin deyil, həm də haubitsaların və raket əleyhinə sistemlərin tədarükü demək ola bilər.

Analitiklər onu da qeyd edirlər ki, Çin Rusiya Federasiyası ilə Şimali Koreya arasında dərinləşən hərbi əlaqələrindən o qədər də məmnun deyil. Seul və Pekinin gizli diplomatiyanı gücləndirməsi ehtimalı var.

"Cənubi Koreya Çinə çatdıra bilər ki, Çin bu problemi həll etməsə, Koreya yarımadasında ABŞ ilə əməkdaşlığı gücləndirəcək", - materialda deyilir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->