Xəbər lenti

Psixiatr: Sosial media gənclərdə psixoloji problemləri artırır
Sağlamlıq 22:46 11.10.2025

Psixiatr: Sosial media gənclərdə psixoloji problemləri artırır

Rəqəmsal medianın gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsi xüsusilə yeniyetmələr və gənc yetkinlər arasında mənfi təsirlərin artmasına səbəb olur. 

Qaynarinfo "CNN-Türk"ə istinadən Medical Park Ordu xəstəxanasının psixiatriya üzrə mütəxəssisi Dr. Mustafa Akcanın sözlərinə görə, sosial medianın nəzarətsiz istifadəsi özünəinam itkisi, narahatlıq pozuntusu, diqqət dağınıqlığı və yuxu problemləri kimi ciddi psixoloji fəsadlara yol aça bilər.

Dr. Akcan qeyd edib ki, sosial media artıq depressiyanı tətikləyən yeni bir amilə çevrilib. Onun sözlərinə görə, əvvəllər depressiya yalnız bioloji və ya mühit amilləri ilə izah edilirdisə, bu gün insanlar sosial mediada keçirdikləri uzun saatlar nəticəsində özlərini başqaları ilə daimi şəkildə müqayisə edirlər. Bu hal bəyənilmə ehtiyacını gücləndirir, zamanla dəyərsizlik hissini və tənha qalma meylini artırır.

"Görünüşdə insanlar bir-biri ilə əlaqə saxlayır, amma sosial media çoxlarını daha da təcrid edir. Biz buna artıq ‘sosial media mənşəli tənhalıq’ deyirik", deyə mütəxəssis vurğulayıb.

Dr. Akcanın fikrincə, sosial media insanları bir araya gətirir kimi görünsə də, əslində onları daha səthi və kövrək münasibətlərə yönəldir. Reallıqda sosial bağlar zəiflədikcə tənhalıq hissi dərinləşir və depressiya riski artır. Xüsusilə gənclərdə özünəinam çatışmazlığı, diqqət pozuntusu və yuxu rejiminin pozulması ekran qarşısında keçirilən vaxtın artması ilə daha çox müşahidə olunur.

Mütəxəssis sosial medianı tamamilə həyatımızdan çıxarmağın mümkün olmadığını, lakin onun şüurlu şəkildə istifadəsinin vacib olduğunu vurğulayıb:

"Gündəlik istifadə müəyyən vaxt çərçivəsində olmalı, həftədə ən azı bir gün rəqəmsal fasilə edilməlidir. Üz-üzə münasibətlər gücləndirilməli və mənfi əlamətlər hiss edildikdə mütləq mütəxəssisə müraciət olunmalıdır".

Dr. Akcan əlavə edib: "Tənhalıq artıq dövrümüzün ən səssiz epidemiyasına çevrilib. Buna görə də sosial medianın həyatımızdakı yerini dərk etmək, onun sərhədlərini müəyyənləşdirmək və psixi sağlamlığımızı qorumaq böyük əhəmiyyət daşıyır".

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->